Yaxın Şərqdəki vəziyyət qlobal iqtisadiyyat üçün FƏLAKƏT OLACAQ

0
14

İsrailin İranın nüvə obyektlərinə zərbələrindən sonra Fars körfəzində münaqişənin kəskinləşməsi qlobal iqtisadiyyat üçün fəlakət olardı.

Bu barədə “Hindu” qəzeti yazıb.

Qəzet qeyd edir ki, İsrail nüvə məsələsi üzrə hər hansı dialoq imkanını faktiki olaraq məhv edib.

Nəşr İranın nüvə proqramı ilə bağlı haqlı narahatlıqları etiraf etməklə yanaşı, irəliləyişin etibarlı sübutunun olmadığını yazır: “Tehran 2015-ci ildə sanksiyaların aradan qaldırılması müqabilində proqramı ləğv etməyə razılaşdı, lakin Donald Tramp sazişi sabotaj etdi. Sonradan dialoq təklif edəndə iranlılar fürsətdən istifadə etdilər, lakin bunun əvəzinə zərbə aldılar”.

“Hindu”nun analitiklərinə görə, İsrail ABŞ-ın dəstəyi sayəsində İrandan qurtula biləcəyini bilərək hərəkət edib.

Qəzet hesab edir ki, indi Təl-Əviv Yaxın Şərqi qeyri-sabitlik uçurumuna sürükləyib.

“Indian Express” qəzeti isə öz növbəsində yazır ki, İsrailin məqsədi İran və müttəfiqlərini zəiflətməkdir. Nüvə obyektlərinə hücum da bu strategiyanın bir hissəsidir. Nəşr nüfuzlu vasitəçinin olmaması səbəbindən hərbi qarşıdurmanın davam edəcəyini və güclənəcəyini proqnozlaşdırır.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail 200 qırıcı təyyarənin iştirakı ilə İrana qarşı “Yüksələn şir” əməliyyatını həyata keçirib.