Yaxın günlərdə vətəndaşlara “immun pasportları” verilə bilər…

0
411

Yaxın gələcəkdə dünyanın bir sıra ölkələrində vətəndaşlara “immun pasportları”nın verilməsi həyata keçirilə bilər.

Koronavirus təhlükəsi belə bir pasportun meydana çıxmasını zəruri edib. Mütəxəssislər hesab edir ki, ”immun pasportları”nın gündəmə gəlməsi sağlam və yoluxnmuş şəxsləri ayırmaq, cəmiyyətin güvənliyini təmin etmək baxımından faydalıdır. Lakin bunun üçün bəlli bir zamana ehtiyac olduğu söylənilir.

Ekspertlərin sözlərinə görə, hələ ki, koronavirusa qarşı toxunulmazlıq tam öyrənilməyib. Hansı ki, “immun pasportu”nun verilməsi üçün bu, olduqca vacibdir. Məhz bu problemin tam olaraq öyrənilməsindən sonra “immun pasportları”nın verilməsi prosesinə start verilə bilər.