Yaxın günlərdə Azərbaycan və Ermənistan arasında əsirlərin növbəti dəyişdirilməsi prosesi baş tutacaq.
Bunu keçmiş və qondarma “dqr”in separatçı-terrorçu liderinin “müşaviri” David Babayan deyib.
“Fikrimcə, bu, yaxın günlərdə baş tutacaq. Dəqiq tarixi deyə bilmərəm, amma ümid edirəm ki, yaxın vaxtlarda reallaşacaq”, – Babayan bildirib.