Qlobal temperatur yüksəldikcə, keçən ilki ən isti rekord yaxın beş il ərzində qırılacaq.
Bu barədə “Forbes”yazıb.
Nəşr Ümumdünya Meteorologiya Təşkilatının 2025-2029-cu illər üçün yenilənmiş proqnozunu özündə əks etdirən yeni hesabatına istinad edib. Məlumata görə, qarşıdakı beş ildən birinin 2024-cü ilin rekordunu qırması ehtimalı 80%-dir.
Hesabatda həmçinin qeyd olunub ki, yaxın beş ildən ən azı birində orta qlobal temperaturun sənayedən əvvəlki orta göstəricidən (1850-1900) 1,5 dərəcə Selsi yuxarı qalxması ehtimalı 86% təşkil edir.
Ümumdünya Ticarət Təşkilatı üçün hesabatı hazırlayan Böyük Britaniyanın Met Ofisi də xəbərdarlıq edibə ki, ilk dəfə olaraq növbəti beş ildən birində temperaturun sənayedən əvvəlki orta göstəriciləri 2C aşması ehtimalı çox azdır (1%).
1,5 dərəcə Selsi həddi niyə bu qədər vacibdir?
Temperaturun sənayedən əvvəlki temperaturdan 1,5 dərəcə Selsi artması qlobal istiləşmə prosesində kritik nöqtə hesab olunur. Bu mərhələ 2015-ci il Paris İqlim Müqaviləsi ilə müəyyən edilmişdir. Müqaviləni imzalayanlar bunu qlobal temperatur üçün icazə verilən yuxarı hədd kimi müəyyən ediblər ki, bu həddən artıq çox arzuolunmazdır.