Yaşlı insanların yaddaşlarını yeniləmək mümkün oldu

0
516

İnsanlarda yaşlaşdıqca əmələ gələn yaddaş zəifləməsi probleminə elm insanlarının araşdırmaları nəticəsində maneə törədilə bildi. Beynə maqnetik xəbərdarlıqlar göndərən elm insanları, yaşlı insanların yaddaşlarını cavanlaşdırmağı bacardılar.

Şimal-qərb Universitetində aparılan araşdırmalarda elm insanları, yaşa bağlı olaraq reallaşan yaddaş zəifləməsinin çarəsini tapdılar. Stimulyasiya üsulunu istifadə edərək beyni xəbərdar edən elm insanları, yaşlı insanların müxtəlif yaddaş funksiyalarının daha yaxşı bir hal aldığını gördülər.

TMS olaraq adlandırılan üsul, insan beyninin xəbərdar edilməsini təmin edir. Keçən son 15 il ərzində, texnologiyanın inkişafına bağlı olaraq ortaya çıxan bu üsul sayəsində, orqanlar maqnetik olaraq xəbərdar edilə bilinir. Ağrısız olaraq reallaşan TMS üsulu həkimlər üçün ümidverici bir yenilik oldu.

Araşdırmanın rəhbəri Coel Voss, yaşlı insanların ümumiyyətlə açarlarını hara qoyduqlarını xatırlamama, yeni qonşularının adlarını öyrənə bilməmə kimi problemlərinin olduğunun bilindiyini və buradan hərəkətlə işlərə başlandığını ifadə edir.

Elm insanları Hipokampus olaraq adlandırılan və yaddaş üzərində funksiyaları olan bölgəsində sıxlaşdılar. Qulaqların arxa tərəfində olan bu beyin bölgəsi birbaşa xəbərdar edilə bilinmirdi, çünki beynin iç qisimində iştirak edirdi. Elm insanları bu qisimin üzərində olan və Hipokampus ilə bağlı olan, duyğu orqanlarından gələn məlumatları birləşdirən Parietal Lob üzərindən TMS reallaşdırdılar.

64-80 yaş aralığında olan 16 yaşlı insan üzərində aparılan təcrübələr 20 dəqiqəlik 5 seans formasında reallaşdırıldı. Hər seansdan sonra bəzi yaddaş sınaqları keçirildi. Beynin bu qisimində olan sinir siqnallarında artım olduğunu müşahidə edən elm insanları, təcrübələrin nəticəsində yaşlı insanların 40% daha yaxşı yaddaşa qovuşduqlarını təyin etdilər. Bu da 70 yaşında bir insanın yaddaşının, 20 yaşındakı bir insanla haradasa eyni olacağı nəticəsini göstərdi.