Azərbaycanda yaşı 65-dən yuxarı olan insanlarla bağlı qadağa qüvvədədir.
Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında əksini tapıb.
Qeyd olunub ki, mayın 11-dən sonra 65 yaşından yuxarı şəxslərin hərəkətinə qoyulan qadağaya yenidən baxıla bilər.
“Növbəti mərhələdə 65 yaşla bağlı yumşaltma, yaxud sərtləşmə barədə qərar qəbul edilə bilər. Bu, situasiyadan asılı olacaq” – bildirilib.