Yaşı 50-ni keçənlər, bu meyvəyə diqqət edin: Yeyin ki…

0
431

Demək olar ki, hər kəs xurma yeyə bilər, lakin 50 yaşdan yuxarı insanlar bu məhsula xüsusi diqqət yetirməlidirlər.

Bu sözləri “Вечерняя Москва” qəzetinə diyetoloq Mixail Ginzburq müsahibəsində deyib.

“Tərkibində çoxlu miqdarda A, B, C vitaminləri, həmçinin mikroelementlər var. Bu vitaminlər kompleksi xüsusilə payızda zəruri və qiymətlidir. Meyvənin tərkibindəki maddələr sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, immun sistemi, orqanizmi müxtəlif təhlükəli yoluxucu xəstəliklərdən qorumağa kömək edir.

Xurmanı təzə və həftədə üç dəfədən çox olmayaraq yemək daha yaxşıdır. Dondurulmuş məhsul faydalı keyfiyyətlərini saxlasa da, bu, ancaq ilk dondurmaya aiddir. Meyvələrdə bədən üçün lazım olan dəmir və yod da var”, – diyetoloq qeyd edib.

Ginzburqun fikrincə, mədəaltı vəzi və öd kisəsi xəstəlikləri olanlar bu meyvədın imtina etsə, yaxşıdır. Şəkərli diabetdən əziyyət çəkənlər məhdud miqdarda xurma yeyə bilərlər – gündə bir ədəd.

“Məhsul piqmenti qorumağa imkan verir, bu isə o deməkdir ki, saçınız uzun müddət ağarmayacaq. Xurma həm də vaxtından əvvəl qocalmanın qarşısını alır”, – həkim yekunda vurğualyıb.