Yaşayış binaları ilə bağlı yeni qayda: sakinlərə bu imkan veriləcək

0
231

Yaşayış binasının hüdudları daxilində şəhərsalma və tikintiyə dair müvafiq normativ sənədlərin tələblərinə uyğun avtomobil duracaqlarının təşkilinə yol verilir.

Bu barədə məsələ “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.

Həmçinin, yeni normalara əsasən, çoxmənzilli yaşayış binalarının istismar olunan yastı damlarında, həmçinin mənzildənkənar terraslarda, yaşayış binalarının arasında yerləşən birləşdirici elementlərdə, o cümlədən açıq qeyri-yaşayış mərtəbələrində (birinci və mərtəbələrarası) həmin binaların sakinləri üçün müxtəlif təyinatlı sahələrin (sakinlərin dincəlməsi, paltar qurudulması və təmizlənməsi və s.) yerləşdirilməsinə yol verilir.