Azərbaycan nəşriyyatında keçirilən maraqlı tədbirlərdən biri də jurnalist,kitabxanaçı- biblioqraf Ədilə Qocayevanın çapdan çıxmış “Yaşatdım ki ,yaşayım” və”Qələmin işığında”kitablarının təqdimatı oldu.Tədbiri giriş sözü ilə açan aparıcı,Azərbaycan Milli Kitabxanasının şöbə müdiri Mehriban Cəfərova qonaqları salamladıqdan sonra Ədilə Qocayevanın həyat və ədəbi yaradıcılıgı haqqında qısa məlumat verərək onun 2015 ci ildə “Ömrün yaradıcılıa anları ” adlı biblioqrafiyasının oxucuların ixtiyarına verildiyini vurğuladı.
M.Cəfərova sonra sözükimyaçı alim,ADPU-nun professoru Telman Ağdamski–Bədəlbəyliyə verdi.T.Ağdamski Adilə Qocayevanın atası Sayəddin Qocayevin ailəsi ilə atası,Azərbaycanda Leyli rolunun ilk ifaçılarından biri Əhməd Ağdamski–Bədəlbəyli vasitəsi ilə uzun illər bundan öncə Ağdaşda ailəvi dost olduqlarını,o cümlədən Ədilə Qocayevanın həyat və yaradıcılığının yaxından şahidi olduğunu vurğuladı.T.Ağdamski-Bədəlbəyli sonda atası Ə.Ağdamski–Bədəlbəylinin Ağdaş Musiqi məktəbində S.Qocayevə tardan dərs verərkən bütün siniflə birlikdə çəkdirdikləri çərçivəyə salınmış şəklini və gül dəstəsini Ədilə xanıma hədiyyə etdi.
Dünya şöhrətli rəqqasə ,Xalq artisti,”Şöhrət “ordenli,93 yaşlı Roza Cəlilovasöz alaraqƏdilə xanımıı sadə,zəhmətkdş,fədakar qadın,bacarıqlı jurnalist kimi xarakterizə edərək onu ikicildliyinin işıq üzü görməsi münasibətilə təbrik etdi və ən xoş arzularını bildirdi.
Sonra çıxış edən Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Hacı İsmayılov Ədilə Qocayevanın Azərbaycan teatrı, onun yaradıcı aktyorları ilə sıx təmasda olduğunu, onların qazandıqları ugurları daim qiqqətdə saxlayaraq imzasını qoyduğu 37 adda mətbu orqanda vaxtlı- vaxtında oxucuya çatdırdığını xüsusilə vurğuladı.Onu Teatr Xadimləri İttifaqının sədri,Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətovun və Bakı teartlarının aktyor truppaları adından səmimiyyətlə təbrik etdi,yeni- yeni yaradıcılıq ugurları dilədi.
Yazıçı -publisist İntiqam Mehdizadə,Əməkdar jurnalistlər,”Yeni Təfəkkür”qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova,”İki sahil”qəzetinin müxbiri Xuraman İsmayılqızı,Milli kitabxananın şöbə müdiri Mədinə Vəliyeva,Ədilə xanımın qardaşı Mircəlal Qocayev və başqaları müəllifin ilk növbədə əsl insan,ziyalı və zəhmətkeş qadın, sadiq dost olduğunu nəzərə çatdıraraq ikicildliyin işııq üzü görməsi münasibətilə təbrik etdilər,daha böyük nailiyyətlər dilədilər.
Tədbirdə iştirak edən,”İki sahil”qəzetinin və “iki sahil”TV- nin əməkdaşları qəzetin Baş redaktoru,Əməkdar yurnalist Vüqar Rəhimzadənin və onun müavini İsmayıl Hacıyevin təbriklərini Ədilə xanıma çatdırdılar.
Sonda çlxış edən Ədilə Qocayeva bu ikicildliyi hazırlayarkən 37 adda mənbu orqanında dərc edilən üç minə yaxın məqaləsinin arasından seçmə yazılarını üzə çıxararaq çap etdirdiyini nəzərə çatdırdı.Əsas məqsədinin müasirləri olduğu və özündən əvvəl adları tarixə yazılan mədəniyyət və incəsənət xadimlərini,qabaqcıl elm, təhsil,səhiyyə işçilərini,sonuncu dəfə 1988-ci lldən başlayaraq bu günə kimi Qarabağda mənfur ermənilərin törətdikləri misli ğörünməmiş faciələri, torpaqlarlmızın işğaldan azad olunması ugrunda döyüşərək şəhid və qazi olan ogullarımızı gələcək nəsillərə yaxından tanıtmaq olduğunu bildirdi.
Sonda müəllifə gül-çiçək dəstələri təqdim olundu və xatirə şəkulləri çəkildi.
Nəzakət Eminqızı,
DAMM-nin Ekspertlər Şurasının sədri,AJB-nun üzvü,yazıçı-publisist.