Yaşamaq üçün ən yaxşı şəhərlərin REYTİNQİ

0
442
Yaşamaq üçün ən yaxşı şəhərlərin <span style=color:#ff0000>REYTİNQİ</span>

Yaşayış üçün ən yaxşı şəhərlər reytinqində London birinci yerdə qərarlaşıb.

Reytinq “Resonance Consultancy” agentliyi tərəfindən tərtib olunub.

Reytinqdə əhalisi bir milyondan çox olan şəhərlərin iqlimi, təhlükəsizlik səviyyəsi, istirahət və asudə vaxt üçün infrastruktur, vətəndaşların gəlir səviyyəsi və şəhərin sosial şəbəkələrdə populyarlığı kimi parametrlər təhlil edilib.

Bu göstəricilərə görə London Nyu-York və Parisi qabaqlayıb. İlk beşliyi Tokio və Moskva tamamlayıb.

İlk onluqda, həmçinin Dubay, Sinqapur, Barselona, Los Anceles və Roma yer alıb.