Sosial mediada Yasamal rayonunda sakinlərin evdə olduğu halda evlərinin sökülməsi ilə bağlı görüntülər yayılıb.
Hadisə Yasamal, Alatava 1 , Abdulvahab Salamzadə kücəsi, ev 118B ünvanında qeydə alınıb.
Məsələ ilə bağlı FHN-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib.
“Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib”,- məlumatda qeyd edilib.