Yaş salfetlər qadağan olunacaq – SƏBƏB

0
10

Niderland hakimiyyəti yaş salfetləri qadağan etməyi planlaşdırır.

Bu barədə “NL Times” portalı yazıb.

Məlumata görə, Niderland hökuməti tərkibində plastik olan yaş salfetlərə ümumavropa qadağası qoyulmasını təklif edib.

Buna səbəb kimi ciddi ekoloji fəsadlar və kanalizasiya sistemlərinin tıxanması göstərilib.

Təmizlik və ya uşaq baxımı üçün geniş istifadə edilən bu gigiyena məhsulları suda parçalanmır və tez-tez kanalizasiya sistemlərində tıxanmalara səbəb olur. Bildirilir ki, hər il bu cür tıxanmaların aradan qaldırılmasına 55 milyon avroya qədər vəsait xərclənir.

Təklif olunan qadağanın nə vaxt tətbiq oluna biləcəyi açıqlanmayıb, lakin Avropa İttifaqı səviyyəsində əlaqələndirilmiş fəaliyyətin vacibliyi vurğulanıb. Bu da onu deməyə əsas verir ki, qadağa əvvəlcə Niderlandda qüvvəyə minsə də, sonradan bütün Aİ ölkələrində tətbiq oluna bilər.