Yas mərasimlərinə nə vaxt icazə verilə bilər? – Prezidentin köməkçisi DANIŞDI

0
425

“Biz cari ildə böyük məhdudiyyətləri aradan qaldırdıq. Hazırda az sayda məhdudiyyətlər qalıb ki, onlardan biri də yas mərasimləridir”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, qərarlar elmi əsaslar və müvafiq praktikalarla bağlıdır:

“Toylarda COVID-19 pasportlarının yoxlanılması, saya nəzarət edilməsi daha asandır. Təəssüf ki, yas mərasimlərində bu, mümkün deyil. Çünki yas yerində fiziki olaraq yaxın məsafə daha çoxdur. Yoluxmanın sürətlə yayılması ehtimalı kifayət qədər yüksəkdir. Buna görə məhdudiyyətlər saxlanılır”.

O qeyd edib ki, “Omikron” ştammı Azərbaycana gəlib-gedəndən sonra bu məsələyə bir daha baxmaq olar.