Yarımtikili binaları hansı aqibət gözləyir? – VİDEO

0
282

Paytaxtın Ceyhun Hacıbəyli küçəsində yerləşən binanın tikintisi 10 ilə yaxındır yarımçıq qalıb.

Bakının müxtəlif yerlərində onlarla belə bina var. Sahibkarın müflis olması və ya həbsi, maliyyə çətinliyi, eləcə də layihəyə edilən dəyişikliklər kimi səbəblərdən binaların tikintisi ya tam dayanır, ya da başa çatması ləngiyir.

Binanın məxsus olduğu MTK-dan bildirilib ki, müvafiq sənədlər qaydasında olsa da, tikinti keçmiş şəhər meri Hacıbala Abutalıbovun şifahi göstərişi ilə dayandırılıb.

Səbəb isə bəlli deyil. Binadan ev almaq üçün ödəniş edən vətəndaşların bir qisminin vəsaiti qaytarılıb, digərləri isə nə vaxtsa binanın tikilib başa çatacağına ümidlidir. Nərimanov Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, məsələ keçmiş rəhbərliyin dövrünə aid olduğu üçün məlumat verə bilməzlər.

Vətəndaş pulunu ödəyir, ancaq bina tikilib qurtarmaq bilmir. Bu zaman məhkəməyə müraciət edilir. Amma sirr deyil ki, bu məhkəmə çəkişmələri illərlə davam edir. Bu kimi problemlərin həlli üçün kifayət qədər xarici təcrübə var.

Daha ətraflı süjetdə: