Yarım milyondan çox əcnəbi Küveytdən deportasiya ediləcək

0
690

Küveyt hökuməti əmək bazarındakı disbalans və miqrantların demoqrafik struktura təsirini aradan qaldırmaq üçün yarım milyondan çox əcnəbi işçini deportasiya etməyi planlaşdırır.

Küveytin İqtisadiyyat naziri Meryem əl-Akil bu barədə Küveyt parlamentində İnsan Resursları İnkişaf Komissiyasında xarici işçilərin işə qəbulu mövzusunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yarım milyondan çox xarici işçinin ölkədən çıxarılması ilə bağlı hazırlanan plana uzun, orta və qısamüddətli həll yolları daxildir.

Əl-Akil qeyd edib ki, qısamüddətli həll yolu olaraq ölkədə yaşayan 360 min əcnəbi işçinin ölkədən çıxarılması planlaşdırılır, bunların 120 mini qeyri-qanuni, 150 mini 60 yaşdan yuxarı və ya xroniki xəstə, 90 mini isə təhsilsiz və xüsusi bacarığı olmayan işçilərdir.