“Yaraşığımı dükandan almamışam ki…” – Rasim Balayev

0
439

“Səhərdən rəsmi şəxslərdən, dostlardan, həmkarlardan təbriklər alıram. Hamıya təşəkkürümü bildirirəm”.

Bu fikirləri  dünən 71 yaşını qeyd edən xalq artisti, məşhur kinoaktyor Rasim Balayev səsləndirib. Sənətkar “yaraşıqlı insanlar yaşlandıqca görünüşlərini itirməkdən qorxurlar, sizin belə qorxunuz varmı” sualını zarafatla cavablayıb:

“Yaraşığımı dükandan almamışam ki. Allah verib, indi də yavaş-yavaş geri alır. Bircə arzum odur ki,ölən günə qədər heç kimə, hətta öz doğmalarıma da möhtac olmayım”.

Qeyd edək ki, R.Balayev 1948-ci ilin 8 avqust tarixində Ağsu rayonunda anadan olub. 1976-cı ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.  1998-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.