Yarasalarda beş yeni virus AŞKARLANDI: “İnsan hüceyrələrində…”

0
178

Bir qrup çinli alim yarasaların bədənində xüsusiyyətlərinə görə koronavirusa bənzəyən və insanlara keçməyə meylli beş yeni virus tapıb.

Bu barədə araşdırma məlumatında bildirilir.

“Biz yarasaların orqanizmində beş növ virus müəyyən etdik”, – məlumatda deyilir.

Alimlər vurğulayıblar ki, aşkarlanan viruslar patogendir və insanlara keçməyə meyllidir. Beş virus arasında COVID-19-a ən çox bənzəyən BtSY2-dir ki, bu virus insan hüceyrələrində özünü bərpa etmək qabiliyyətinə malikdir.

Daha əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi ABŞ-da “Omicron” bazasında ölüm riski 80% olan yeni növ koronavirus ştamının yaradılması ilə bağlı məlumat yayıb