Azərbaycan-Ermənistan dövlət sərhədində iyulun 12-si günorta saatlarından etibarən ermənistan hərbi birləşmələrinin törətdiyi təxribatlara qarşı Azərbaycan ordusu qətiyyətli cavab verib. Ordumuzun düşmənə verdiyi adekvat cavablar nəticəsində qarşı tərəf 100-dən çox şəxsi heyətini, hərbi texnikalarını itirib.
Təxribatın qarşısını alanm zaman şəhidlərimiz oldu, eyni zamanda yaralılarımız da var.
Yaralı əsgərlərin vəziyyəti ilə sizi məlumatlandırırıq.
Tibb Baş İdarəsinin rəisi Elxan İbrahimov, Tibb Xidməti Polkovniki, Hospitalın aparıcı cərrahı Roman Çobanov əsgərlərin vəziyyəti barədə danışıb.