Yaralı əsgər əməliyyat masasında “Qarabağ” oxudu – Video

0
343

Sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları çərçivəsində düşmənə sarsıdıcı zərbələr endirən Azərbaycan Ordusunda döyüş əhvali-ruhiyyəsi yüksək səviyyədədir.

Bunu yaralı əsgərlərimizin timsalında da söyləyə bilərik. Çünki indiyədək yaralı əsgərlərimizin hər biri  tez sağalıb təkrar döyüşlərə qatılmaq arzularını ifadə ediblər. Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı videogörüntülərlə qarşılaşmaq mümkündür. Növbəti belə bir görüntüdə yaralı Azərbaycan əsgəri əməliyyat masasında öz ağrı-acısını unudaraq Qarabağ haqqında mahnı ifa edir.

Yaralı əsgərimizin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər ona tezliklə sağalıb Şuşaya zəfər bayrağı sancmağı arzulayıblar.