Yaqut Qarayeva: “Həftəsonu qapanmasında istədiyimiz nəticəni əldə edə bilmədik”

0
422

“Azərbaycanda yoluxma sayının artmasına görə daha iki həftəlik sərt karantin rejimi tətbiq ediləcək”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, qapanma tətbiq edilən son iki gün ərzində məqsədimizə nail ola bilmədik:

“Sərt karantin rejiminin tətbiqində məqsədimiz sosial aktivliyi azaltmaq idi. Lakin təəssüf ki, nəticələr istədiyimiz kimi olmadı. Bu infeksiyaya hər kəs yoluxa bilər, çünki hələlik bu xəstəliyin peyvəndi və spesifik müalicəsi yoxdur.

Bu gün müalicədə tətbiq edilən dərman preparatları digər viruslarla mübarizə çərçivəsində istifadə edilir. Bu dərmanlar bir növ yoxlama məqsədilə xəstələrin müalicəsində istifadə edilir. Həmin preparatlar konkret COVID-19-u müalicə etmir”