Yaponlar qızmar havada köynəyə qoşula bilən cib kondisioneri də icad etdi…-VİDEO

0
701
Yapon mühəndisləri yayın qızmarında köynəyin cibində yerləşdirilə bilən miniatür kondisioner hazırlamağı da bacarıblar.
Cihazı məhsullarını “Reon Pocket” adlandıran “Sony Corporation” mütəxəssisləri hazırlayıb. Yenilik internet bağlantısı olmadan tam işləsə də, çəkisi 85 qram olub. Kondisioner üçün cibin köynəkdə belin yuxarı hissəsində arxa tərəfdə olduğu qeyd olunur.  İş rejimləri arasında keçid bu miniatür kondisioner ilə sinxronizasiya olunan smartfonlar vasitəsilə baş verir.
Qeyri-adi cib kondisionerlərinin  qiymətinin 104 dollardan başlayacağı bildirilir.
Xatırladaq ki, bundan əvvəl – 2011-ci ildə Yaponiyada  miniatür ventilyatorların köməyi ilə bədən temperaturunu tənzimləyən köynəklər ixtira edilmişdi.
Sultan Laçın

Alimlər heyrət içindədir! Qədim üsulla oynaqları 2 günə sağaltmaq mümkündür
Alimlər heyrət içindədir! Qədim üsulla oynaqları 2 günə sağaltmaq mümkündür