Yaponiyanın baş naziri İran rəhbərliyi ilə danışıqlara yollandı

0
538

Yaponiyanın baş naziri Şinzo Abe İrana səfərə yollanıb.

“RİA Novosti” xəbər verir ki, səfər çərçivəsində baş nazir İran prezidenti Həsən Ruhani ilə və İranın Ali rəhbəri Əli Xamenei ilə görüşəcək.

Gözlənildiyi kimi, danışıqlar zamanı İranın nüvə proqramına dair razılaşmanın qüvvədə qalması məsələsi müzakirə olunacaq.

Səfər öncəsi hava limanında jurnalistlərlə danışan Ş.Abe Yaxın Şərqdə qərginliyin artmasından narahat olduğunu bildirib:

“Burada sülhün və stabilliyin bərqərar olunması üçün əlimdən gələni edəcəyəm”.

Səfər həmçinin Tokio və Tehran arasında diplomatik əlaqələrin qurulmasının 90 illiyinə həsr olunub. Bu 1978-ci ildən Yaponiyanın baş nazirinin İrana ilk səfəridir.