Yaponiyanın paytaxtı Tokioda və ətraf ərazilərdə baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində ümumilikdə 52 nəfər xəsarət alıb.
Xəsarət alanların çoxu Saytama və Tiba prefekturalarının sakinləridir.
Yüksəksürətli qatarların hərəkəti bir neçə saat müddətinə dayandırılıb. Səhər saatlarında 140-dan çox qatar xəttə çıxmayıb.
Yeraltı təkanlar nəticəsində paytaxtın bir neçə rayonunda su xətlərinin sıradan çıxdığı qeyd edilir. Seysmoloqlar zəlzələnin afterşoklarının yaxın bir həftə ərzində baş verə biləcəyini bəyan ediblər.