Yaponiyada vulkan püskürüb

0
312

Yaponiyanın Suvanose adasında güclü vulkan püskürməsi baş verib.

Bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Seysmoloqlar təhlükə səviyyəsini beş ballıq şkala üzrə üçüncü səviyyədə olduğunu elan ediblər.

Mütəxəssislər adada vulkan püskürməsinin davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Yerli sakinlərin və turistlərin dağlıq ərazilərə daxil olması məhdudlaşdırılıb.