Yaponiyada uşaq sayı rekord səviyyədə azalıb

0
425

Yaponiyada uşaqların sayı 1950-ci ildən bəri ən aşağı səviyyədədir.

Bu barədə ölkənin İnzibati İşlər və Kommunikasiya Nazirliyinin hesabatında deyilir.

Aprelin 1-nə olan hesabatlara görə, ölkədə 14 yaşınadək 14,65 milyon qız və oğlan var. Bu, bir il əvvəlkindən 250 min nəfər azdır.

Ümumilikdə Yaponiyada uşaqlar əhalinin cəmi 11,7%-ni təşkil edirlər. Bu göstəriciyə görə ölkə əhalisi 40 milyon nəfərdən çox olan 35 ölkə arasında sonuncu yerdədir.

Hesabatda Yaponiyada uşaqların sayının azalmasının 1982-ci ildən başladığı açıqlanır.

Pandemiya zamanı bu dinamika yalnız pisləşib.