Son günlər COVID-19-a yoluxma sayında yenidən artım müşahidə olunan Yaponiyada Baş nazir Şinzo Abe əhaliyə koronavirusun ikinci dalğası təhlükəsi barədə xəbərdarlıq edib.
Baş nazir həmçinin, isti havanın xəstəliyin yayılma sürətini azaldacağına dair gözləntilərin də özünü doğrultmadığını və infeksiyanın isti ölkələrdə də yayıldığını qeyd edib.