Yaponiyada güclü zəlzələ baş verdi

0
408

Yaponiyanın şimal-şərq sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə Yaponiya Meteoroloji Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentrinin İbaraki prefekturasının sahillərində, ocağının 40 kilometr dərinlikdə olduğu bildirilir.

Zəlzələnin paytaxt Tokio regionu ilə yanaşı, Fukuşima, Miyaqi, Toçiqi, Saytama və Qunma prefekturalarında da hiss olunduğu bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib