YAP gəncləri Azərbaycanın xilaskarlarıdır

0
828

İctimai Nəzarət Koalisiyasının mərkəzi qərargahinda Tovuz hadisələri ilə bağlı keçirilmiş toplantıda İctimai Nəzarət Koalisiyasının sədri,
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti,
Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədov möhtərəm prezident İlham Əliyevin beş il əvvəlki çağırışını xatırladaraq qeyd etmişdir:”Ölkədə baş verən sosial ədalətsizliklər prezident İlham Əliyevin yürütdüyü daxili siyasətlə üst-üstə düşmür. Bu isə onun göstəricisidir ki, ölkəmizdə dövlət siyasətini dəstəkləməyən, dövlətçilik ideyalarına zidd düşüncə və təfəkkürlə yaşayan məmurlar hələ də vəzifə başında səlahiyyət sahibləridir. Bütün bunlardan xəbərdar olan İlham Əliyev ölkəmizin aparıcı ictimaiyyətçilərinə ölkə ərazisində rast gəldikləri sosial- ictimai ədalətsizliklər barədə aidiyyatı orqanlara zəng və sms vasitəsi ilə məlumat verməyimizin zəruri olduğunu bildirdi.”
Rasim Məmmədov qeyd etdi ki, məhz prezidentin bu kimi ilk çağırışından sonra İNK yaradıldı. Fəaliyyətdə olduğu beş il ərzində yüzlərlə qanun pozuntusunu üzə çıxararaq ədaləti bərpa etmiş İNK bu gün də öz əzəməti, gücü ilə fəaliyyətini daha da genişləndirməkdə davam edir.” İNK-nı güclü və sarsılmaz edən müxtəlif elm adamlarının, ictimai xadimlərin, əməkdar jurnalistlərin, görkəmli ədəbiyyat və mədəniyyət nümayəndələrinin, millət vəkillərinin sıramızda cəmləşməsidir. Onlar bu gün bütün səylərini səfərbər edərək İNK-nı ölkəmizin hər bir yerində fəaliyyət göstərməsinə şərait yaradır və bununla da bir çox dövlət qurumlarına, icra başçılarına İctimai nəzarətin vacib olduğunu, hər zaman öklənin ən ucqar nöqtəsində belə mövcud olduğunu qəbul etdirirlər. İNK-nın məqsədləri ətrafında birləşən hər bir fəal YAP- nı xilaskar partiya kimi qəbul edir və onun meyarları əsasında öz fəaliyyətlərini təşkil edirlər.
Demək olar ki, bütün rayon təşkilat şöbələrimizdə YAP sıralarından fəal gənclər seçilir.
İNK-nın bu qədər parlaq və hərtərəfli fəaliyyətinə baxmayaraq, xalqın bu gün möhtərəm prezidentimizin ətrafında bir yumruq kimi birləşdiyi məqamda radikal qüvvələr öz mənfur niyyətlərindən əl çəkmir, öz ara niyyətlərini həyata keçirmək üçün ən iyrənc əməllərə belə əl atmaqdan çəkinmirlər. Mən sizin hər birinizi Dahi Ulu Öndər Heydər Əliyevin yaratdığı yeni , işıqlı və parlaq yolun davamçısı olan İlham Əliyevin ətrafında sıx birləşməyə dəvət edir və ölkəmizin çiçəkli gələcəyi üçün hər birinizi öz töhfənizi verməyə dəvət edirəm.””ictimainezaret.com”