Yanvar ayı ərzində vətəndaşlar nə qədər dollar alıb?

0
451

Yanvar ayı ərzində xarici valyutada aparılan mübadilə əməliyyatlarının həcmi açıqlanıb.

Bu barədə Mərkəzi Bank hesabat yayıb.

Belə ki, hesabatda ABŞ dolları, ingilis funt sterlinqi, avro və rus rublu üzrə aparılan mübadilə əməliyyatlarının həcmi təqdim edilib.

Ötən ay banklar tərəfindən 67 milyon 729 min ABŞ dollarının alışı həyata keçirilib. Eləcə də, banklar tərəfindən vətəndaşlara 325 milyon 402,1 min ABŞ dollarının satışı təmin edilib. 2020-ci ilin yanvar ayının göstəricilərinə nisbətən banklar tərəfindən dolların alışı 1,9 dəfə azalıb, satışı isə 47,8 faiz çox olub.

Bu dövr ərzində 302,3 min dəyərdə ingilis funt sterlinqinin alışı həyata keçirilib. Eləcə də banklar tərəfindən 669 min funt sterlinq həcmində satış baş tutub. Cari valyuta vahidi üzrə alış həcmi ötən ilə nisbətən 8,5 dəfə, satış həcmi isə 5,4 dəfə azalıb.

Yanvar ayında banklar tərəfindən 3 milyon 962,5 min avro həcmində alış baş tutub. Həmçinin 10 milyon 554,1 min dəyərdə avro satışı təmin edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı və satışı 2,9 dəfə az olub.

Ötən ay ərzində banklar tərəfindən 1 milyard 8,9 milyon Rusiya rublunun alışı həyata keçirilib. Cari dövrdə vətəndaşlara 139 milyon 390,3 min rus rublu satılıb. Cari valyuta alışı ötən ilin eyni dövrünə nisbətən 24,4 faiz, satışı isə 2,3 dəfə azalıb.