“Yandex” Şuşanın xəritəsindən erməni adlarını çıxardı – FOTO

0
381

Rusiyanın axtarış-informasiya kartoqrafiya xidməti “Yandeks.Kartı” Şuşa şəhərinin bütün küçələrinin Azərbaycan dilində adlarını qaytarıb.

Ermənilər işğal dövründə küçə və yaşayış məntəqələrinin əsl adlarını dəyişiblər.

Məsələn, işğal dövründə faşist Qaregin Njdenin adını daşıyan küçə indi Pənahəli xanın adını daşıyır.

Bununla yanaşı, xəritədə Şuşa şəhəri İçra Hakimiyyəti, Bül-Bülün ev muzeyi və başqa yerləri görmək mümkündür.