Yamal dünyanın ən bahalı futbolçusu oldu

0
8

“Transfermarkt” portalı İspaniya çempionatında çıxış edən futbolçuların bazar dəyərlərini yeniləyib.

“Barselona”nın və İspaniya millisinin 17 yaşlı cinah oyunçusu Lamin Yamal 20 milyon avro bahalaşaraq dünyanın ən dəyərli futbolçusuna çevrilib — onun bazar dəyəri hazırda 200 milyon avrodur.

Əvvəlki lider olan “Real”ən və Braziliya millisinin futbolçusu Viniçius Junior 30 milyon avro ucuzlaşıb və hazırda dünya sıralamasında 5-ci pillədə qərarlaşıb (170 milyon avro). 2–4-cü yerləri Cud Bellingem, Kilian Mbappe (hər ikisi “Real”) və Erlinq Holand (“Mançester Siti”) bölüşürlər. Onların hər birinin dəyəri 180 milyon avrodur.

2024/25 mövsümündə Yamal “Barselona”nın heyətində keçirdiyi 55 oyunda 18 qol vurub, 21 məhsuldar ötürmə edib.