Yalnız üzə baxaraq xəstəlikləri müəyyən etmək mümkün olacaq

0
81

İnsanların üzlərinin hərarətini ölçməklə onların sağlamlıq vəziyyətini və qocalma dərəcəsini müəyyən etmək üçün üsul hazırlanıb.

Süni intellektə əsaslanan bu texnologiyanın müxtəlif xəstəliklərin erkən diaqnozunu təmin edəcəyi gözlənilir.

Alimlər üzün müxtəlif hissələrində temperaturun dəyişməsi ilə xəstəliklər arasında əlaqəni aşkar etmək üçün araşdırma aparıblar. Onlar təxminən 2800 çinli iştirakçının üzlərinin termal fotoşəkillərini çəkib və bu şəkillərdə 54 nöqtəni müəyyən ediblər. Bu termal məlumatlarla öyrədilmiş süni intellekt modeli daha sonra iştirakçıların bioloji yaşlarını temperatur əsasında təxmin edib.

“ThermoFace” adlanan üsul metabolik xəstəliklərdən əziyyət çəkən insanların göz ətrafının daha isti olduğunu və daha sürətli termal yaşlanma göstərdiyini ortaya qoyub. Həmçinin müəyyən edilib ki, yüksək təzyiq yanaqların qızarması ilə özünü göstərir.

Araşdırma “Cell Metabolism” jurnalında dərc olunub.