Yağlı balığın ürək üçün nə kimi faydası var? – ARAŞDIRMA

0
343

Yağlı balıqlar yüksək risk qrupuna olan insanlarda ürək-damar xəstəliklərinin qarşısını alır.

Bu barədə “Mc Master” Universitetinin mütəxəssisləri tərəfindən 60-dan çox ölkədən, təxminən 52 min ürək-damar xəstəliyi olan 192 min könüllü haqqında məlumatları əhatə edən geniş bir araşdırmada bildirilir.

Yüksək risk altında olanlar onsuz da ürək xəstəliyi olan və ya insult keçirmiş insanlardır.

Balığın ən vacib komponenti OMEQA-3 yağ turşularıdır. Tədqiqatçılar bu turşuların ürək-damar xəstəliklərinin inkişafı ilə əlaqəli olğunu deyiblər. Yəni, bu turşular infarkt və insult riskini azaldır.

Araşdırma zamanı məlum olub ki, həftədə iki porsiya OMEQA-3 ilə zəngin olan balıq yeyən yüksək riskli insanlar növbəti dəfə təhlükəli məqamlarla üzləşməyiblər.

Mütəxəsislərə qaranlıq qalan məqam bu olub ki, əvvəllər ürək xəstəliyi və ya insult keçirməyən inanlarda balığın hər hansı bir faydası aşkarlanmayıb.

Vurğulanıb ki, bu araşdırma yalnız ürək-damar sisteminə şamil edilib.