Yağan yağışlar çaylarda selə səbəb olub – FAKTİKİ HAVA + FOTO

0
536

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, avqustun 23-ü səhərədək  bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub, yüksək dağlıq ərazilərdə, Xınalıqda sulu qar, Şahdağda qar yağıb.

Düşən yağışın miqdarı Şinçayda (Şəki) 108 mm, Qəbələdə 87 mm (aylıq normanın125%-i), Kişçayda (Şəki) 77 m (aylıq normanın 138%-i), Qaxbaşda (Qax) 72 mm, Şəkidə 69 mm (aylıq normanın 123%-i), Oğuzda 63 mm (aylıq normanın 109%-i), Sarıbaşda (Qax) 61 mm (aylıq normanın 52%-i), Balakəndə 52 mm (aylıq normanın 70%-i), İsmayıllıda 49 mm (aylıq normanın 49%-i), Başdaşağılda (Şəki) 38 mm, Astarada 35 mm (aylıq normanın 42%-i), Göygöldə 30 mm (aylıq normanın 57%-i), Zaqatalada 29 mm (aylıq normanın 39%-i), Xaltanda 29 mm (aylıq normanın 54%-i), Qrızda 28 mm (aylıq normanın 52%-i), Daşkəsəndə 25 mm (aylıq normanın 59%-i), Şamaxıda 24 mm (aylıq normanın 95%-i), Çeyrançöldə 22 mm (aylıq normanın 89%-i),  Qudyalçayda (Qrız) 21 mm (aylıq normanın 39%-i), Gədəbəydə 20 mm (aylıq normanın 37%-i), Naftalanda 20 mm, Bərdədə 19 mm (aylıq normanın 91%-i), Gəncədə 18 mm (aylıq normanın 95%-i), Tərtərdə 17 mm (aylıq normanın 81%-i), Mərəzədə17 mm (aylıq normanın 98%-i), Yardımlıda 17 mm (aylıq normanın 40%-i), Mingəçevirdə 16 mm (aylıq normanın 77%-i), Sabirabadda 15 mm (aylıq normanın 177%-i), Altıağacda 15 mm (aylıq normanın 57%-i), Ağdamda 14 mm (aylıq normanın 54%-i), Ağstafada 12 mm (aylıq normanın 49%-i), Şəmkirdə 12 mm (aylıq normanın 45%-i), Biləsuvarda 12 mm (aylıq normanın 118%-i), Göyçayda 11 mm (aylıq normanın 49%-i), Lerikdə 11 mm, Cəfərxanda 11 mm (aylıq normanın 121%-i), Beyləqanda 10 mm (aylıq normanın 77%-i), Şərurda 9 mm (aylıq normanın 145%-i), Qubada 8 mm (aylıq normanın 24%-i), Tovuzda 7.0 mm (aylıq normanın 29%-i), Zərdabda 7 mm (aylıq normanın 47%-i), Qusarda 7 mm, İmişlidə 7 mm (aylıq normanın 80%-i), Kürdəmirdə 6 mm(aylıq normanın 40%-i), Şabranda 3 mm, Neftçalada 2.0 mm (aylıq normanın 32%-i), Ordubadda 2 mm (aylıq normanın 32%-i), Sədərəkdə (aylıq normanın 32%-i), Ağdərə (Ordubad), Salyanda 2 mm, Şahbuz, Naxçıvanda 1 mm, Bakıda və Abşeron yarımadasında: Bakıda 10 mm  (aylıq normanın 164%-i), Maştağada 7 mm, Sumqayıtda 4 mm (aylıq normanın 52%-i) olub.

Yağan leysan xarakterli intensiv və güclü yağış nəticəsində Balakənçay, Talaçay Zaqatala, Əyriçay Başdaşağıl, Kürmükçay İlisu, Gorançay-Ağcakənd,  Dəmiraparançay Qəbələ məntəqələrindən və Kişçaydan sel keçib.

Qar örtüyünün hündürlüyü Şahdağda 5 sm olub.

Şimal-qərb küləyi arabir Neftçalada 32 m/s, Salyanda 25 m/s, Naftalanda 20 m/s, Bərdə, Naxçıvan, Şamaxı, Zaqatala, Qəbələdə 18 m/s, Mingəçevir, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 31 m/s, Çilov adasında 26 m/s, Maştağa, Qum adasında 25 m/s, Binə, Pirallahıda 23 m/s, Neft Daşlarında 22 m/s, Sumqayıtda 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5.6 metrə çatıb.

Havanının temperaturu Bakıda iqlim normasından 1.7 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında  25-28° isti, aran rayonlarında 28-33° isti,  dağlıq rayonlarda 13-16° isti, Naxçıvan MR-da 29-33° isti olub.