Yağ və əzələ hüceyrələrindən ibarət yeni ət növü yaradılıb

0
376

Laboratoriya şəraitində yeni ət növü yaradılıb.

Kanadanın Hamilton şəhərindəki McMaster Universitetinin alimləri laboratoriya şəraitində həm yağ, həm də əzələ hüceyrələrindən ibarət yeni bir ət növü istehsal ediblər.

Araşdırmaçılar-professor Ravi Selvaganapathy və professor Alirza Şahin-Şamsabadi insan orqan transplantasiyasında toxuma əldə etməklə bağlı tətbiq olunan bir texnologiyadan istifadə edərək laboratoriyada yetişdirilən incə işlənmiş əzələ və yağ hüceyrələrini yığaraq ət əldə etdiklərini açıqlayıblar: “Əvvəlcə bunu etmək üçün siçan hüceyrələrindən istifadə etdik, indi isə dovşan hüceyrələri ilə işləyirik”.

Qeyd olunub ki, bu növün istehsalı insanların ən çox yediyi toyuq, mal əti və digər ət növləri üçün də keçərlidir.

Alimlər dovşan hüceyrələrindən əldə etdikləri yeni ət formasını bişirdiklərini və yediklərini açıqlayıblar. Bildirilib ki, bu, dünyada həm yağdan, həm də əzələdən ibarət toxumaya bənzər bir quruluş inkişaf etdirən ilk qrupdur: “Ətə ləzzət verən yağdır. Bizdən əvvəl araşdırma aparanlar əzələyə yağ əlavə edə bilməyiblər, yalnız əzələ inkişaf etdiriblər. Həm yağı, həm də əzələni birləşdirə bilən ilk qrup bizik.Məhsulun yaxın gələcəkdə bazara çıxarılacağı da qeyd olunub.