Yaddaş itkisi və digər əqli problemlərə səbəb olan vitamin çatışmazlığı hansıdır?

0
273

Bədəndə B12 vitamini çatışmazlığı beyin və sinir sisteminə ziyan vurur, eləcə də ürək-damar xəstəlikləri riskini artırır.

İngiltərə Milli Səhiyyə Xidməti (NHS) B12 çatışmazlığının ən çox yaşlı insanlarda müşahidə olunduğunu, həmin şəxslərdə əqli funksiyaların zəifləməsi, demensiya, Alzheymer, yaddaş zəifliyi kimi xəstəliklərə yol açdığını bildirib.

Statistikaya görə, 75 yaşdan yuxarı hər on nəfərdən biri, 65-74 yaş arasında olan hər iyirmi nəfərdən biri orqanizmində adıçəkilən vitaminin azlığı ilə üzləşir.

Həkimlər böyüklərə gündəlik 2,4 mikroqram B12 vitamini qəbul etməyi tövsiyə edir. Onların sözlərinə görə, şiddətli yorğunluq və zəiflik, solğun dəri, iştahsızlıq və çəki itkisi qeyd edilən vitaminin azlığından xəbər verir.