Xərçəng bütün dünyada əsas ölüm səbəblərindən biridir. Bu problemlə mübarizə aparmağın yolu ətraf mühit faktorları və tətikləyicilərdən xəbərdar olmaqdır.
Xərçəngin qarşısını alan təbii mənbələr üzərində aparılan araşdırma hər zaman ətrafımızda olan, lakin fərqində olmadığım bir bitkinin böyük təsirlərini üzə çıxarıb.
Son illərdə aparılan bəzi araşdırmalar zəncirotunun xərçəng xəstəliyini müalicə etmək potensialına malik olduğunu göstərir. Əldə olunun ümidverici tapıntılar bu bitkinin xərçəng hüceyrələrinə təsiri sayəsində müalicə üsulları arasında yer ala biləcəyini vəd edir.
Zəncirotu kökü ekstraktının xərçəng əleyhinə xüsusiyyətlərə malik olduğunu iddia edən bir çox perspektivli tədqiqatlar aparılıb.
Əldə edilən bu məlumatlara görə, zəncirotu ekstraktı müxtəlif orqan sistemlərində xərçəng hüceyrələrinin böyüməsini azaldır.
Dörd həftəlik araşdırma nəticəsində məlum olub ki, bu ekstrakt xərçəng hüceyrələrinin böyüməsini və yayılmasını dayandıra bilər.
Bundan əlavə, bir sıra testlər də bu bitkinin qaraciyər, kolon və mədə xərçənginin böyüməsini yavaşlada biləcəyi ilə bağlı oxşar nəticələr verib.
Windsor Universitetinin tədqiqatçıları laboratoriyada zəncirotu kök ekstraktının xərçəng hüceyrələrini 48 saat ərzində öldürdüyünü aşkar ediblər.
Nəticələr ümidverici olsa da, tədqiqat sahəsinə görə testlərin məhdud olduğu da bildirilib.
Professor Siyaram Pandi “USA Today”ə verdiyi açıqlamada bunun ümidverici olmasına baxmayaraq, ehtiyatlı olmaq lazım olduğuna diqqət çəkib.
Pandi bildirib ki, xərçəng hüceyrələrinin çoxu 48 saat ərzində yox olur, lakin bu, zəncirotu kökü ekstraktı içən xəstənin 48 saat ərzində sağalacağı anlamına gəlmir.
Nyu Yorkdakı “Memorial Sloan Kettering” Xərçəng Mərkəzi zəncirotunun təsirli və təhlükəsiz ola biləcəyi şərtləri müəyyən etmək üçün daha çox klinik sınaqlara ehtiyac olduğunu açıqlayıb.
Bütün bunlara baxmayaraq, mütəxəssislər bitkinin sağlamlıq üçün daha az mübahisəli faydaları olduğunu qəbul edirlər.
Bədən qan laxtalanması lazım olduqda yaraları sağaltmaq üçün K vitamininə ehtiyac duyur. K vitamini sümükləri sağlam saxlamağa da kömək edir. Zəncirotu K vitamini qaynaqlarından biridir.
Bundan əlavə, zəncirotu bədən üçün zərərli olan oksidləşdirici stresə qarşı qoruyucu təsir göstərə bilər.
Zəncirotu necə istehlak edilməlidir?
Bu bitkinin kökləri, çiçəkləri və yarpaqları istehlak edilə bilər. O, tək başına yeyildikdə acı dadır. Odur ki, zəncirotunu ispanaq kimi daha yüngül dadlı göyərtilərlə birlikdə yeyə bilərsiniz.
Zəncirotunu salatlara, yeməklərə və smuzilərə əlavə etmək olar. Acı dadını hiss etməmək üçün bir az limon əlavə edə bilərsiniz. Bu yolla həm də orqanizmə dəmirin sorulmasını artırmaq olar.