Yəmən ordusu strateji bölgələri geri aldı

0
392

Yəmən ordusu Mərib şəhərində 2 strateji bölgəni husilərdən geri alıb.

Bildirilib ki, Məribə bağlı Survah rayonunda Yəmən ordusu ilə husilər arasında şiddətli atışma olub. Orduya Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qırıcıları da dəstək verib.

Nəticədə rayonda yerləşən 2 strateji bölgə geri alınıb. Əməliyyatlar çərçivəsində husilərdən çox sayda ölən və yaralananın olduğu deyilir.

Bundan başqa, Yəmən ordusu tərəfindən husilərin zirehli texnikaları ələ keçirilib, bir neçə əsgəri isə əsir götürülüb.