
Yəmən hökuməti və Səudiyyə Ərəbistanının himayəsi altında Cənubi Yəmənin Keçid Şurasının qüvvələri sülh razılaşmasına nail olub.
Bu barədə krallıqdakı mənbələrə istinadən Səudiyyə Ərəbistanının “Aş-Şark əl-Ausat” qəzeti bildirib.
“Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya şimal və cənub əyalətlərinin bərabər təqdim olunduğu 24 nazirdən ibarət hökumətin formalaşmasını nəzərdə tutan Ər-Riyad razılaşmasının reallaşdırılması üzrə birgə komitəyə başçılıq edəcək. Bu halda cənubun problemi siyasi danışıqlar yolu ilə həll ediləcək”, – deyə mənbələr bildirib.
Daha əvvəl Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatının tərəfdarları Səudiyyə Ərəbistanı ilə sərhəddəki Najran əyalətində iri miqyaslı hərbi əməliyyatın keçirildiyini bildiriblər.