XVII əsrdə inşa olunan tarixi abidəni ot basıb – FOTO

0
338

Şamaxı rayonu Kələxana kəndində yerləşən 4961 inventar nömrəli “Türbələr kompleksi” dağılmaq üzrədir. 

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, türbələrin daş damında otlar, ağaclar bitir və təmizlənmir. 

Məsələ barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Fariz Hüseynov  bildirib ki, Şamaxı rayonu Kələxana kəndində yerləşən 4961 inventar nömrəli “Türbələr kompleksi” (8 ədəd) yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb:

“Türbələr XVII əsrdə inşa olunub. Dövlət Xidmətinin abidə mühafizəçiləri tarixi abidələrin təmiz saxlanılması üçün müvafiq tədbirləri görürlər.

“Türbələr kompleksi” bərpa edilməsi üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına salınıb”.