“Biz xalqımızın bir yumruq olmağını gördük”.
Bu sözləri Vətən müharibəsində iştirak edən Xüsusi Təyinatlı Qüvvələrinin qazisi Cavid Həsənov deyib.
O bildirib ki, döyüşü ordu başlasa da, onu millətin sərkərdəsi və milləti bərabər qazanır:
“Balacalar bizə elə gözəl məktublar yazırdı ki, insanın gücü bir idisə, üç olurdu”.
C. Həsənov bildirib ki, bu yolda şəhidlik zirvəsinə ucalmağı da, qazi olmağı da gözə almışdılar.