“Yaxın gələcəkdə Xudafərin sərhəd terminalı açılacaq və Şərqi Azərbaycan vilayətinin terminallarla bağlı problemləri həllini tapacaq”.
Bunu İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi bu gün keçirilən iclasda qonşu ölkələrlə iqtisadi əməkdaşlığın inkişafı və genişləndirilməsində sərhəd gömrüklərinin əhəmiyyəti və rolundan danışarkən deyib.
O, idxal və ixrac yüklərinin daşınmasının asanlaşdırılmasını vilayət rəhbərliyinin ən vacib prioritetlərindən biri kimi qiymətləndirib:
“Bu baxımdan, yaxın gələcəkdə Xudafərin gömrüyünün açılması üçün lazımi işlər görülür”.