Xoşbəxtlik hormonunuzun artmasını istəyirsinizsə, faydalanın – FOTO – VİDEO

0
215

Şəkər xəstələri, xoşbəxtlik hormonu çatışmazlığından əziyyət çəkənlərin dərmanı artıq Azərbaycandadır. Son illərdə bir çox insanların diqqətini özünə cəmləyən bitkilərdən biri də kinoadır. Artıq Azərbaycanda da bu bitkinini istehsalı istiqamətində işlər görülür.Öncə qısaca da olsa, bitki haqda məlumat alaq:Kinoa müxtəlif iqlim şəraitinə uyğunlaşa bilən, yüksək dağlıq ərazilərdə belə yetişə bilən bitkidir. Torpaqda istiliyin 5-7 dərəcə olduğu bir vaxtda -mart-may aylarında əkilir. Torpağın 1-3 santimetr dərinliyində hətta torpaq temperaturu -1 dərəcə olduğu vaxtda da əkilə bilər.

Kinoa özündə “super oksid dismutaz” fermentini ehtiva edir. Bu ferment yaşlanmanı gecikdirir, dərinin qocalmasının, xərçəng xəstəliyinin yaranmasının qarşısını alır.Kinoa bitkisinin sortlarının toxumları Azərbaycana Kənd Təsərrüfatı Nazirliyi yanında Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən gətirilib və ölkənin bir neçə bölgəsində test üsulu ilə becərilib. Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik və Elmi Tədqiqat İnstitunun “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abbasquliyeva Sputnik Azərbaycan-a açıqlamasında nəticələr haqda danışıb.O bildirib ki, nazirin göstərişi ilə kinoa bitkisi Azərbaycana gətirildikdən sonra onun becərilmə texnologiyasını öyrənməyə başlayıblar. Bitkinin becərilmə texnologiyası ilə bağlı kitab hazırlayan S.Abbasquliyeva istehsal haqda danışır, bildirir ki, hələ ki, yerli istehsal olmadığından kinoa Azərbaycana idxal olunur: “Lakin bunun üçün təbii şərait var. Ölkədə günəşli hava 300 günədəkdir. Su, torpaq resurslarımız varsa, nə üçün bu bitkini becərməyək? Bunu düşünüb, ötən i respublikanın müxtəlif bölgələrində kinoa əkdik. Əldə etdiyimiz nəticələr ürəkaçan oldu. Qeyd edim ki, Azərbaycanda kinoanın yerli istehsalı ancaq bizdədir. Bu il ölkə üçün yerli istehsal olan, müsbət keyfiyyət göstəicilərinə sahib olan kinoa məhsullarının Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutunun xətti ilə satışı olacaq”.Cənubi Amerikaya məxsus olan bu bitki tərəçiçəklilər fəsiləsinə aiddir. S.Abbasquliyeva bildirir ki, bu işə böyük ümidlə başlayıb. Bunun üçün öncə bu bitki ilə bağlı dünyadakı təcrübəni öyrənməyə başlanılıb: “Hələlik ki, bizdə kinoanın sortu yoxdur, lakin 50-dək növ müxətlkifliklərini götürmüşük və onun üzərində işləyərək yerli sortlarını alacağıq”.

Sevil Abbasquliyeva - Sputnik Azərbaycan, 1920, 18.03.2022

Sevil Abbasquliyeva© Sputnik / Nigar IskanderovaŞəkər və dauna qarşı ən mükəmməl vasitəKinoa bitki olaraq çox faydalıdır. S.Abbasquliyeva deyir ki, kinoa məhsulları ilə mütəmadi olaraq qidalanan gənclərin hətta genində daun sindromu olsa belə, onların övladları daun sindromlu olmur, beləcə zamanında xəstəliyin qarşısı alınır: “Yetişməkdə olan gənclik üçün kinoa, çiya çox vacib qida mənbələrdir. Kinoanın tərkibi çox zəngindir. Onun tərkibində 11 əvəzolunmayan amin turşusu var, beyində xoşbəxtlik hormonunu yaradır. İndiki dövrdə kimin bu hormona ehtiyacı yoxdur ki?! Bundan başqa, şəkər xəstəliyini tənzimləyir”. Mütəxəssisin sözlərinə görə, şəkər xəstəliyi və ürək-damar xəstəliklərinin müalicəsində bitkinin yaşıl, çox körpə yarpaqlarından istifadə oluna bilər: “Bu yarpaqlar saladlara da əlavə olunur”.Mütəxəssis bildirir ki, kinoa bədəndə protein aclığını doldurur, insan süni aclıqdan imtina edir: “Bir sıra iş adamları var ki, xaricdən kinoa gətirir və bundan külli miqdarda pul qazanırlar. Protein çox yüksək olduğundan bu kosmonavt qidası hesab edilib. Çünki kosmonovtların çəkisinin aşağı olması çox vacibdir, bu səbəbdən yüksək protein almaq üçün onlar kinoa ilə qidalanırlar”.Onun dəni tərkibinə görə düyü ilə müqayisə olunur. S.Abbasquliyeva bildirir ki, kinoadan fərqli olaraq düyü torpaqdan ağır metalları tərkibinə çəkir. Bu səbəbdən də düyüyə alternativ olaraq kinoanı tövsiyə edirəm. Düyü kimi bişirilib yeyilə bilər, ondan sıyıqlar bişirmək də tövsiyə edilir. Xüsusən səhər menyusuna əlavə etmək tövsiyə olunur”.Bundan başqa, tərkibindəki lif bağırsağı bütün mikroblardan, artıq qidalardan təmizləyir. İnsanı artıq çəkidən azad edir və xoşbəxtlik hormonunu yaradır: “Kinoa fosforla zəngin olduğu üçün balıqla müqayisə olunur. Allergiyası və böyrək xəstəlikləri olan şəxslər istifadə zamanı daha ehtiyyatlı olmalıdırlar. Bundan başqa, qanında dəmirin miqdarı çox olan şəxslər ondan istifadə edərkən ehtiyyatlı olmalıdırlar. Çünki bu bitkinin tərkibində dəmir çox yüksək miqdardadır”.

Sevil Abbasquliyeva - Sputnik Azərbaycan, 1920, 18.03.2022

S.Abbasquliyeva bildirir ki, kinoa orqanizmi lazım olan bütün qida maddələri ilə təmin edir© Sputnik / Nigar IskanderovaS.Abbasquliyeva bildirir ki, kinoa orqanizmi lazım olan bütün qida maddələri ilə təmin edir: “Bu qida maddələri insanlarda təbii olaraq bir toxluq yaradır. İnsan gün ərzində aclığı hiss etmir və sağlam şəkildə arıqlayır. Bu gün arıqlamaq üçün müxtəlif çaylardan, kimyəvi vasitələrdən və s istifadə olunur, nəticədə fəsadlar ortaya çıxır. Sağlamlıq naminə bütün dünyanın bu bitkinin dəninə ehtiyacı var. Bu bitki ürək, qan-damar sistemini gücləndirir. Bundan başqa, dünyada torpaq qoruyucusu kimi əsas funksiyaya malikdir. Tərkibindəki xüsusi maddə sinklə zəngindir. Yaşıl yemi heyvandarlıqda yem kimi istifadə edilə bilməz. Çünki onun qoxusu heyvanda həmin yemə həvəs yaratmır, iştəha açmır. Onun dənindən yem rasionunda istifadə edilir. Quşçuluqda da kinoa vacib qida hesab edilir”.S.Abbasquliyeva deyir ki, kinoa arılar üçün də önəmli qidadır: “Oktyabrın axırları idi, bölgələrdən birində idim. Hava da çox küləkli idi, həmin vaxtda arıların kinoanın üzərinə necə toplaşdığını gördüm. Bu bitki arının yem bazası üçün çox önəmlidir”.O deyir ki, kinoa torpağın münbitləşməsi baxımdan da çox vacib bitki hesab edilir: “Kinoanın əkini ilə əlaqədar Əkinçilik və Elmi Tədqiqat İnstitutunun rəhbəri Faiq Xudayevlə fermer təsərrüfatında olduq. Artıq fermer bitkinin əkinini məndən yaxşı bilir. Təkrar əkinə gəldikdə isə, dünyada onun təkrar əkini ilə bağlı təcrübə yoxdur. Arpa və buğdadan sonra təkrar əkini çox yüksək effekt verdi”.Bu bitkinin əkilməsi üçün Azərbaycanda ən münbit vaxt nə zamandır?S.Abbasquliyeva deyir ki, kinoanın bitkisinin ənənəvi əkini aprelin 2-ci, 3-cü on günlüyü və mayın 1-ci on günlüyünə qədər normaldır. O qeyd edir ki, bitkinin vigitasiya günü 90-120 gündür: “Bu bitki dünyada quraqlığa davamlıdır. Lakin Azərbaycanda Abşeron bölgəsində suvarmaya ehtiyac oldu. Çünki Abşeron bölgəsi küləklərə hakim olduğunudan torpağın üst səthi quruyur və bitkinin kök səthi sıxılır. Ona görə biz damla suvarma texnologiyasını tətbiq edirik. Qeyd edim ki, arpa və buğdadan sonra əkdiyim zaman, yəni təkrar əkində suya tələbatı daha aşağı oldu”. O qeyd edir ki, bu bitki siderat kimi də çox əhəmiyyətlidir. Siderat yaşıl gübrədir və bitkinin çiçəklənmə fazasında biçilib torpağa qatılarsa, torpaqdakı faydalı mikroorqanizmlərin qida, yem bazası olacaq və bu zaman faydalı mikroorqanizmlər inkişaf edərək torpağın strukturasını yaxşılaşır və qida maddələri ilə zənginləşir”.S.Abbasquliyeva bildirir ki, əkindən yaxşı məhsul götürə biliblər: “Bitkidən çox yaxşı dən, toxumluq məhsul götürdük, keyfiyyəti yaxşıdır. Bu toxumlar gələn zaman laboratoriyada onun proteini, digər göstəricilərini öyrəndim. Lakin qeyd edim ki, Azərbaycan torpağının istehsal etdiyi kinoanın tərkibində protein 19 faizədəkdirsə, Türkiyədən gətirdiyimiz bu məhsulun tərkibində protein 15 faizədəkdir. Biz onun tərkibindəki triftafanı da öyrənmişik. Hazırda isə bitkinin tərkibində lizinin öyrənilməsi prosesi gedir”.

Sevil Abbasquliyeva - Sputnik Azərbaycan, 1920, 18.03.2022

Kinoa bitkisinin əsas üstünlüklərindən biri quraqlığa davamlı olmasıdır© Sputnik / Nigar IskanderovaAzərbaycana bu bitki Türkiyədən gətirilib: “Onu Türkiyədən əldə edərkən orada elmi tədqiqatını apardıq. Onu qeyd edim ki, kinoanın GMO ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, dünya təcrübəsində kinoa hələ ki, GMO-ya məruz qalmayıb. Məqsədimiz o bitkinin` gələcəkdə daha geniş ərazilərə yayılmasını təmin etməkdir. Özüm də üç ildir ki, bu bitkinin toxumunu əkirdim. Çox qəribə bitkidir, aşağı hissədə toxumlar saralır, yuxarı hissədə isə yeni toxumlar əmələ gəlir. Bu bitkini Abşeronda, Saatlıda, İsmayıllıda, Beyləqan və Tərtərdə də əkmişik. Digər torpaqlarda da, xüsusən də Tərtərdə daha yüksək nəticələr əldə etmişik. Biz bu bitkini minimum becərmə sahəsində öyrənmişik, heç bir gübrə verilməyib, kimyəvi preparat vurulmayıb. Onda heç bir xəstəlik də aşkarlamamışıq. Bitkini əkib öyrənmişik, hələlik ki, istehsalı yoxdur”.S.Abbasquliyeva bildirir ki, kinoa yetişdirmək üçün fermerlər müraciət edir və onlar tərəfindən kinoanın əkini həyata keçiriləcək: “Əsas məsələ, bitki ilə bağlı əlimizdə yol xəritəsi var, bilirik ki, hansı bölgədə necə məhsuldarlıq ola bilər. Ümumiyyətlə, Azərbaycanın elə bir bölgəsi yoxdur ki, kinoa üçün əlverişli olmasın”.Bitkinin əsas üstünlüklərindən biri quraqlığa davamlı olmasıdır.İnstitutun Tərtər bölgəsi üzrə ELmi Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlar sınaq üçün bu bitkini 10-15 sotda əkiblər: “Sınaq üçün bunu həyata keçirtdik ki, görək nəticəsi necə olacaq. Avqust-sentyabr aylarında yetişdi. Rahat bitkidir. Məhsuldarlığa gəldikdə, bizdə az olmuşdu. Bunun da səbəbi səpin normasını az təyin etməyimiz idi. Qeyd edim ki, 10 sotdan 70 kiloqram məhsul çıxmışdı ki, onun 50 kilosunu Əkinçilik və Elmi Tədqiqat İnstitutuna verdik”.H.Həşimova bildirir ki, hələlik ki, bitkinin böyük alıcısı yoxdur.Həqiqət xanım bu məhsulu artıq qida menyumuza daxil emtəyimizin vacibliyini vurğulayır: “Əvvəllər mərci, bulqur mətbəximizdə çox istifadə olunmurdu. Amma bu gün onlardan geniş isitfadə edirik. Toxumları müxtəlif minerallarla zəngindir. Mətbəxdə kinoaya da geniş yer verməliyik”.

Kinoa nasıl tüketilir?

Kinoa tüketiminin birçok yolu bulunur. Bunlar şu şekilde sıralanabilir:

  • Kinoayı içecek olarak tüketebilirsiniz. Özellikle kahvaltılarda sıklıkla tercih edilen smoothie, kinoa tüketmek isteyenler için leziz bir tercih olabilir.
  • Yulaf yerine kinoa tohumlarını tercih edebilirsiniz. Böylelikle kinoanın çabuk kaynamasıyla leziz bir atıştırmalık oluşturabilirsiniz. Kuru meyve, kuruyemiş, şurup ya da süt ile kinoa tohumlarına lezzet katarak yiyebilirsiniz.
  • Salatalık, domates, soğan ve zeytinyağından oluşan bir salata üzerine pişmiş kinoa ekleyerek öğün olarak kullanabilirsiniz.

Kinoa Diyeti için Uygun 8 Doyurucu Tarif

Kısır, salata, köfte, pilav tarifleri öne çıkarken kinoa sütü tarzında içeceklerin de ilgi gördüğü dikkat çeker.

1) Gerçeğini Aratmaz: Kinoalı Kısır

  1. Tarif: Kinoalı Kısır TarifiBulgurla yapılan kısır tarifine benzer şekilde hazırlanan kinoa kısırı, ara öğünlerde tüketeceğiniz sağlıklı bir tarif olur.
    Kinoalı Kısır Tarifi2)Hem Doyurucu Hem Besleyici: Kinoa Salatası
    Tarif: Kinoa SalatasıKinoa salatası ise domates, mısır ve kornişonun nefis uyumu ile hafif aynı zamanda doyurucu bir tarif olarak sofralarda yer edinir. Özellikle diyet sofralarında tercih edilebilecek olan salataya istenen mevsim sebzeleri eklenebilir. Kinoa Salatası3)Veganlar da Köfte Yemesin Mi? Kinoa köftesiTarif: Kinoa KöftesiKinoa köftesi ise ailece keyifle yiyebileceğiniz bir tariftir. Özellikle sebzeli bir köfte çeşiti olarak diyet esnasında tüketilebilen bu tarif, vegan beslenme şekline de hitap eder.Kinoa Köftesi4)Masum Pilav: Kinoa PilavıTarif: Kinoa PilavıKinoa kullanılarak yapılabilecek bir diğer tarif ise pilavdır. Kolay uygulanan tarifi ile kısa sürede hazır olan kinoa pilavı sade şekliyle veya sebze ilavesi ile birlikte hazırlanabilir. Kinoa Pilavı5)Sütlacı Hiç Böyle Denemediniz: Kinoalı SütlaçTarif: Kinoalı SütlaçKinoalı Sütlaç ise tatlı severler için harika bir alternatif sunuyor. Bal ile tatlandırılan sütlacı bir de böyle denemenizi tavsiye ederiz. Kinoalı Sütlaç6)En Az Pirinçlisi Kadar Lezzetli: Kinoalı Biber DolmasıTarif: Kinoalı Biber DolmasıKinoalı Biber Dolması ile hem doyurucu hem de nefis bir ana yemek hazırlanabilir. Klasik lezzetleri özleyenler bu tariften memnun kalacaklardır. Kinoalı Biber Dolması7)Ferahlatıcı Hafif Lezzet: Közlenmiş Patlıcan ve Biberli Yoğurtlu Kinoa SalatasıTarif: Közlenmiş Biber ve Patlıcan ile Yoğurtlu Kinoa SalatasıKözlenmiş biber ve patlıcan ile yapılan yoğurtla lezzetlendirilen kinoalı salata ile damaklar şenlenecek. Közlenmiş Biber ve Patlıcan ile Yoğurtlu Kinoa Salatası8)Hep Yedik Biraz da İçelim: Kinoa SütüTarif: Kinoa SütüKinoa sütüne bakıldığında ise süt içerisine kinoa atılmasıyla elde edilen tarif, baharatlar ile tatlandırılarak orijinal bir lezzet elde edilir. Kinoa Sütü