Xoşagəlməz ağız qoxusuna səbəb olan amillər

0
181

Davamlı ağız qoxusu və ya qalikoz ən çox tüpürcəkdə uçucu kükürd birləşmələrinin olması ilə əlaqədardır. Elm adamlarının apardığı araşdırmada məlub olub ki, müəyyən qidalarda olan bəzi bakteriyalar bu kükürd birləşmələrinin istehsalının qarşısını almağa kömək edir.

Araşdırmanın nəticələrini “20minutos” portalı dərc edib.

Kükürd birləşmələri qida qalıqlarında inkişaf edən, kariyesli diş və diş ətinin gigiyenası səbəbindən geridə qalan müəyyən bakteriya ştammlarının nəticəsidir. Bununla belə, bəzi məhsullarda bakteriya ştammlarının çoxalmasının qarşısını alan bakteriyalar var.

Araşdırmaya görə, şəkər mikrobiotaya təsir edərək, metabolik və immun pozğunluqlara səbəb olur. Alimlər qatıq, miso şorbası və ya turş xəmir çörəyi kimi fermentləşdirilmiş və probiotik qidalarda olan Lactobacillus salivarius, Lactobacillus reuteri, Streptococcus salivarius və Weisella cibaria kimi bakteriyaları tədqiq ediblər.

Təcrübə zamanı tədqiqatçılar 278 iştirakçı arasında yeddi klinik sınaqdan ibarət məlumat bazalarından istifadə ediblər. Bu elmi sınaqlar ağız boşluğunun şiddətini tüpürcək nümunələrində tapılan uçucu kükürd birləşmələrinin sayına, həmçinin dişlər arasındakı ərpin miqdarına və xəstələrin dilindəki qalıqlarınagörə qiymətləndirib.

Beləliklə, müəyyən edilib ki, probiotik qidalarda mövcud olan bakteriyalar müəyyən zülalların anaerob bakteriyalar tərəfindən parçalanmasının qarşısını alır və onlar normal olaraq ağız qoxusunun mənbəyi olan uçucu kükürd birləşmələri yaradır.