“Xocavənd və Xocalının tam qaytarılması 1 il çəkəcək” – AÇIQLAMA

0
343

Artıq Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə hərbçilər göndərilməyəcək. Orduya çağırılanlar ölkədən kənarda deyil, yalnız Ermənistanda yerləşən hərbi hissələrdə xidmət edəcəklər.

Mövcud vəziyyəti şərh edən politoloq Əziz Əlibəyli maraqlı detalları açıqlayıb.

Politoloqun sözlərinə görə, son günlər Xocavənd rayonunun kəndlərinin qaytarılması prosesində addımlar atılır. Eləcə də Xocalı ilə bağlı müəyyən məsələlər mövcuddur:

“Xocavənd və Xocalının qaytarılması tam 1 il çəkəcək. Bunlar hamısı baş verəcək”.

Əziz Əlibəyli deyir ki, 10 noyabr razılaşmasında erməni hərbçilərinin həmin ərazilərdən çıxması nəzərədə tutulur:

“Bundan sonra Qarabağ ərazisində qalanlar hərbçi deyil, terrorçu hesab olunacaq və onlar məcbur çıxmalıdır. Bu prosesə Türkiyə-Rusiya birgə Mərkəzinin fəaliyyətə başlamasının nəticəsi kimi də baxmaq olar. Çünki Türkiyənin nəzarəti altında orada ermənilərin silahlı qruplaşma saxlamaları mümkün deyil”.

Politoloq qeyd edib ki, Rusiyanın orada mobilləşdirdiyi yeganə məsələ Xankəndi ilə bağlıdır:

“Bu proses də, Azərbaycanın istəyi ilə baş verib. Yəni orada ermənilərin Azərbaycan vətəndaşı kimi yaşamasına icazə verilib. Ona görə də, separatçıların rəhbəri Araik Arutyunyanın və digərlərinin verdiyi açıqlamalar boş və mənasızdır. Bu açıqlamaların hamısı Ermənistanda daxili auditoriyanı sakitləşdirməyə xidmət edir və başqa heç nəyə yaramır”.