Xocalı soyqırımı şahidi: “Atam dedi ki, mən heç faşistlərdə bu cür vəhşilik görməmişdim” – VİDEO

0
154

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə törədilən dəhşətli soyqırımı zamanı Xocalı sakinləri qarlı-şaxtalı havada dağlardan, meşələrdən keçərək Ağdama gəldilər. Şəhid olan Xocalı sakinlərinin böyük əksəriyyəti də burada dəfn edildi.

Ağdam Şəhidlər xiyabanında doğmalarının məzarını ziyarət edən Xocalı sakinləri həmin qanlı gecədə yaşadıqlarından danışıblar.

“Həmin gün qardaşım itkin düşdü, üç şəhid verdik. İkinci Dünya müharibəsində iştirak edən atam dedi ki, mən heç faşistlərdə bu cür vəhşilik görməmişdim”, – deyə soyqırımı şahidi söyləyib.

Xocalı sakinləri qeyd ediblər ki, yeganə təsəlliləri həmin gecənin qisasının 44 günlük Vətən müharibəsində ordumuz tərəfindən alınmasıdır.

Daha ətraflı Baku TV-nin süjetində: