XOCALI SOYQIRIMI – 28

0
928


İNK-da Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi anıldı!

25 fevral 2020-ci il tarixində İNK QHT Evində XX əsrin ən böyük genosid hadisələrindən olan Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi!
İctimaiyyətin bir çox nümayəndələri və İNK Ailəsi üzvlərinin iştirak etdiyi anım məclisində bildirilmişdir ki,
113 Vətəndaş Cəmiyyəti Təsisatlarını – QHT, KİV, İnternet portal və saytı, ictimai nəzarət nümayəndəliklərini birləşdirən İctimai Nəzarət Koalisiyasının Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi,  Yeni Yazarlar və Sənətçilər, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birlikləri ilə birgə həyata keçirdiyi kütləvi ictimai-mədəni tədbirlərinin hər zaman ayrılmaz hissəsi və motivi torpaqlarımızın işğalı və soyqırımının unudulmamasıdır.
İNK – DAMMİB-SİMİB-YYSİB Analitik-İnformasiya Mərkəzi həmişə olduğu kimi bugünki anım mərasiminin də video çəkilişlərini geniş ictimaiyyətin nəzərinə çatdırmışdır.
Tədbir İNK, DAMM və SİMİB rəhbəri, ictimai xadim Rasim Məmmədovun geniş çıxışı, iştirakçılarının yüksək rəğbəti və qarşılıqlı hüzünlü duyğularının dinlənilməsi, millətimizin dəyanəti ilə haqsızlıqların aradan qaldırılacağına ümid motivləri ilə müşayiət olunmuşdur.

“ictimaixeber.az”