“Xocalı Nişanəsi” adlı qısametrajlı film təqdim edilib – VİDEO

0
568

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” bədii-sənədli qısametrajlı filmi təqdim edilib. 

Filmdə Xocalıda qətlə yetirilən beş yaşlı naməlum qızın hekayəsindən söhbət açılır.

“Xocalı Nişanəsi” kimi tanınan qızcığaz Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda amansızlıqla qətlə yetirilən 63 uşaqdan biridir. O, bütün ailəsi ilə birgə qətlə yetirilib və onun kimliyini müəyyənləşdirmək mümkün olmayıb.   

Filmin müəllifi əməkdar jurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxan, operatoru Əhməd  Barasov, bəstəkarı Azər Hacıəsgər, qrafikaçısı İlkin Turan, rəssamı Vüqar Qurbanovdur.

“Xocalı Nişanəsi” kimi tanınan beş yaşlı naməlum uşağın hekayəsi Ermənistan silahlı qüvvələrinin bəşəriyyətə qarşı cinayətini əks etdirir. Ermənistan törətdiyi əməllərə görə beynəlxalq hüquqi məsuliyyətdən qaça bilməyəcək!

“Xocalı Nişanəsi” adlı qısametrajlı film ilə “Xocalıya Ədalət” kampaniyasının saytından (https://justiceforkhojaly.org), o cümlədən aşağıdakı sosial şəbəkə hesablarından tanış ola bilərsiniz: 

“Facebook” EN: https://www.facebook.com/JFKCampaign

“Facebook” AZ: https://www.facebook.com/Xocalıya-Ədalət-Kampaniyası-439331242905121/ 

“Instagram”: https://www.instagram.com/justice.for.khojaly/

“Twitter”: https://twitter.com/khojaly_justice

“Telegram”: https://t.me/JusticeForKhojaly

“Youtube”: https://bit.ly/2NpEkzK