Rusiya sülhməramlıları Xocalı aeroportunun açılmasına çalışır.
Yayılan fotolardan aydın görünür ki, ətraf ərazilərdə sülhməramlıların yaşaması və yüklərin saxlanılması üçün müvafiq infrastruktur yaradılıb. Kontingentin heyəti iş aparılan ərazinin ətrafında blok-postlar qurub.
Məlumatda bildirilir ki, Rusiya tərəfi Xocalı aeroportunun Moskvadan hərbi yükləri qəbul etmək üçün istifadəyə verilməsinə çalışır, bununla bağlı üçtərəfli danışıqlar davam etdirilir.
Qeyd edək ki, erməni tərəfinin yaydığı iddialarla bağlı Müdafiə Nazirliyinə rəsmi sorğu göndərilib.