Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı rəsmi AÇIQLAMA

0
220

“Xırdalanda yaşayış kompleksində baş verən partlayışın qaz xətti ilə heç bir əlaqəsi yoxdur”.

bu barədə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, əraziyə baxış keçirilib:

“Hadisə yerinə bizim qəza xidməti və əməkdaşlıq etdiyimiz podratçı şirkət də getdi. Araşdırma aparıldı. Hadisənin qaz xəttindən deyil, elektrik xəttində baş verən yanğın səbəbindən olduğu müəyyənləşdi. Ötən gün bu barədə məlumat yaymadıq, çünki artıq əsas səbəb sosial şəbəkələrdə tirajlanırdı”.

Qeyd edək ki, ötən gün Xırdalanda AAAF yaşayış kompleksində yanğın olub.